Könlüm sənin əsirin, qəlbim
sənindir, yar, qəlbim sənindir,
İnsaf eylə xoş sözlə məni
gəl dindir, yar, məni gəl dindir,
Söylə nədir bu ədalar, bu işvə, bu naz,
Gedər bir gün bu gözəllik sənə də qalmaz.
Yalqızam yalqız, yalqızam yalqız,
Gəl məni möhnətə oda salan vəfasız,
Söylə nədir bu ədalar, bu işvə bu naz,
Gedər bir gün bu gözəllik sənə də qalmaz.
Dağlar başı dumandır, yenə
dumandır, yar, yenə dumandır,
Ayrılığın ölümdən mənə
yamandır, yar, mənə yamandır.
Söylə nədir bu ədalar, bu işvə bu naz,
Gedər bir gün bu gözəllik sənə də qalmaz.
Yalqızam yalqız, yalqızam yalqız,
Gəl məni möhnətə oda salan vəfasız.
Söylə nədir bu ədalar, bu işvə bu naz,
Gedər bir gün bu gözəllik sənə də qalmaz
ارسال دیدگاه
تایید شده : ۰ ، در حال بررسی : 0 ، مجموع : 0